Yuxuda fəsəli (blin) yemisinizsə, bu o deməkdir ki, işlərinizdə uğurlar gözlənilir. Yuxuda onları bişirmək sizin həyatda qənaətcil olmağınıza işarədir.
Yuxuda fərasətsiz olduğunuzu görmək işlərinizdə qarışıqlıq və arzuolunmaz qonağın gözlənilməz səfərinə işarədir. Gənc qadına bu yuxu gözlənilməz rəqibdən xəbər verir. Yuxuda sevgilinizi fərasətsiz görmək o deməkdir ki, sizi kədərləndirəcək.
Əsas yeri fotoaparatların tutduğu yuxu əlavə məlumat almaq və gizli fikirləri tutmaq, hərəkəti ani olaraq dayandırmağa cəhdi əks etdirir. Siz hansısa müəyyən bir şeyi, yoxsa çox şeyi birdən çəkirsiniz? İnsanlar, məkan və obyektlərin şəklini çəkirsiniz? Boş vaxtınızda şəkil çəkərək zövq alırsınız yoxsa xüsusilə hansısa faktları saxlamaq üçün çəkirsiniz? Ola bilsin ki, həyatınız çox sürətlə irəliləyir və bəzi nüansları tuta bilmirsiniz
Formalı paltar haqqında yuxu – bir qayda olaraq özünü dərk etmək barədə yuxudur. Paltar vasitəsilə obraza uyğun gəlmək mədəniyyətin gizli qaydalarından biridir və çox vaxt qarderobumuzun bir hissəsini müəyyən rollar üçün formalı paltarlar təşkil edir. Belə yuxularda paltarın rəsmi olması və ya bir çox adamlarda eyni paltarın olması əhəmiyyət kəsb etmir. Əyninizdə formalı paltar varsa və digər insanlar da bu cür paltar geyinibsə, onda fikirləşin ki, yanınızda kim var və sizi nə birləşdirir? Siz formalı paltardasınızsa, başqaları isə deyilsə, bu o deməkdir ki, siz özünüzü başqalarına münasibətdə vicdanlı hesab edirsiniz, onlar isə sizi kifayət qədər qiymətləndirə bilmir. 24 yaşlı kişi öz yuxusunu danışır: Mən hərbi-dəniz donanmasında xidmət edirəm. Mən hazırlıq keçməmişəm.Gəmidə yeganə formalı paltarım yay üçün, ağ rəngli paltardır.Əhatəmdəki adamlar göy formalı paltardadır və gəmidə hamı lazım olduğu kimi hərəkət etmir. Bu adam- kollecin tələbəsi hərbi-dəniz donanmasında zabit rütbəsinin alınmasını götür-qoy edib. O, çox həyəcanlıdır, qərar verməkdə çətinlik çəkir. Yuxu onun narahatlığını əks etdirir və vəziyyəti təfərrüatı ilə öyrənməyin vacibliyini göstərir. Formalı paltar həmçinin hakimiyyət rəmzi ola bilər. Formalı paltar geyinən adama diqqət yetirin.
Yuxuda hərəkətsiz fırfıra görmək durğunluq, apatiya, tezliklə keçməyəcək ruh düşkünlüyünə işarədir. Yuxuda fırfıra fırlanırsa, bu o deməkdir ki, yaxın vaxtlarda həyatınızda hadisələr elə sürətlə inkişaf edəcək ki, siz baş verənlər barədə düşünməyə imkan tapmayacaqsınız. Belə ritm sizdə çaşqınlıq və pərişanlıq ayaradacaq, lakin sonra anlama və sakitlik gələcək. Yuxuda fırfıranı işə salmaq həyatınızda dəyişikliyə ehtiyac hiss edəcəksiniz və bu mənəvi təkamül, mənvi iş olmalıdır.
Sizi qorxu gözləyir, ayaqqabı fırçası –yaxşı iş tapacaqsınız; diş fırçası –həyatdan zövq alacağınıza işarədir. Paltarı fırça ilə təmizləmək – sadəlövh olmayın.
Fil müdriklik, güc, və bir hallarda qəddarlıq və qisas rəmzidir. Çiynində ulduzlar olan fil görmək Amerikada Respublikaçılar partiyasının hakimiyyətə gələcəyinə işarədir. Yuxuda ağ fil həyatda faydasız nailiyyətlər edəcəyinizə işarədir.
Fabrik görmək –yaxşı əlamətdir; Fabrik sahibi olmaq – rədd olunmuş sevgidən xəbər verir.
Ekipaj görmək – kiçik həyəcanlara işarədir; minikdə getmək – azad həyat; miniklə birgə aşmaq – uğursuz qərar çoxlu həyəcan gətirəcək; hərəkət edən minik görmək – sevinc, təntənəyə işarədir; çoxlu ekipaj – ehtiyatlılığınızla zəngin olacaqsınız.